Ağdamlı məcburi köçkün: Azərbaycan əsgəri müqəddəs amal uğrunda vuruşur
Ağdam, 30 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Arzum budur ki, torpaqlarımızı düşməndən azad edək. Azərbaycan əsgəri bu müqəddəs amal uğrunda vuruşur.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdam rayonunun Əliağalı kəndindən olan məcburi köçkün hacı Nazim Kazımov bildirib.
Azərbaycan Ordusunun qələbə xəbərini böyük səbirsizliklə gözlədiyini diqqətə çatdıran məcburi köçkün deyib: “İnanırıq ki, şanlı ordumuz bizi sevindirəcək, üçrəngli bayrağımız azad ediləcək şəhər və kəndlərimizdə dalğalanacaq. Biz Ağdam sakinləri hər zaman ordumuzun yanındayıq. Yaşlı olmağıma baxmayaraq, hər an Vətən uğrunda döyüşməyə hazıram”.