Ağdaş rayonunda yeni meşələr salınır
Ağdaş, 9 mart (AZƏRTAC). Ağdaş rayonunda meşə ərazisinin mühafizəsi, yeni meşələr salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi diqqət mərkəzindədir.
Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, havaların əlverişli keçməsi bu işə erkən başlamağa imkan vermişdir. Bu günədək 45 hektar sahədə torpaq hazırlığı işləri görülmüş və ağac əkininə başlanmışdır. Ötən on gün ərzində 5 hektar sahədə ağac əkilmişdir. Cari ildə rayonda 100 hektar meşə salınması nəzərdə tutulur.
İdarənin tabeliyindəki Ağdaş və Ağzıbir meşəbəyliklərinin ərazisində 2013-cü ildə salınmış 90 hektar meşədə əsasən şam, qovaq, akasiya və iydə ağacları əkilmişdir. Əkilən on minlərlə ağacın hesabına Kür çayının kənarındakı Tuqay meşələri daha da genişlənmişdir.
Ağdaş, Göyçay və Ucar rayonlarında yerləşən 7600 hektar meşə sahəsini əhatə edən Ağdaş rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin nəzdində böyük tingçilik təsərrüfatı da fəaliyyət göstərir. Yetişdirilən 500 min ağac tingindən meşə salınmasında, eləcə də həmin rayonlarda təşkil edilən ağacəkmə aksiyalarında istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]