Agentlik rəhbəri: Şagird davranış qaydaları 300-ə yaxın məktəbdə tətbiq olunur
Bakı, 6 mart, AZƏRTAC
Şagird davranış qaydaları 300-ə yaxın məktəbdə tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, il ərzində bu rəqəmin 1000-ə çatdırılması planlaşdırılır: “Qaydaların tətbiqi yalnız cəza xarakteri daşımır. Burada uşaqların dərsə davamiyyəti, öyrənmə kimi məqamları də nəzərə alınır. Qaydaların tətbiqi bir çox neqativ halların qarşısının alınmasına olduqca önəmlidir. Qaydaların tətbiqi əhatəsinin genişləndirilməsinin öz nəticələrini verəcəyini düşünürük. Bütün valideynlər məktəbdə baş verən davranış pozuntuları ilə bağlı maarifləndirilir”.