Agentlik: Sosial xidmət müəssisələrində 3 min nəfərə xidmət göstərilib
Bakı, 19 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində bu ilin yanvar-iyul aylarında 3 min nəfərə stasionar və yarımstasionar şəraitdə xidmətlər göstərilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həssas əhali qruplarına aid olan həmin şəxslər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji, və digər xidmətlərlə təmin olunublar.
Xidmət göstərilənlərin 967 nəfərini uşaqlar təşkil edib.