Ağstafada 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir
Ağstafa, 16 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Ağstafa rayonunda tədbirlər planı hazırlanmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirlər planına uyğun olaraq növbəti tədbir yanvarın 15-də Ağstafa şəhərindən A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə keçirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə çıxış edən rayonun təhsil işçiləri və ziyalıları Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar haqqında ətraflı danışmışlar.
Tədbir 2 nömrəli məktəbin müəllimlərinin və şagirdlərinin hazırladıqları 20 Yanvar faciəsinə həsr olunmuş ədədi-bədii kompozisiyanın təqdim edilməsi ilə yekunlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]