AĞSTAFADA 60 HEKTAR YENİ MEŞƏ SALINACAQ
Ağstafa rayonu meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi vaxtilə Azərbaycan meşələrində tez-tez rast gəlinən, sonralar isə “Qırmızı kitaba” düşən saqqız ağacını artırmağı qərara almışdır. Bu məqsədlə rayonda tinglik yaradılmış və burada 20 min ting yetişdirilmişdir. Yaxın günlərdə tinglər meşələrə göçürüləcəkdir.
Rayonun meşə işçiləri kökü kəsilməkdə olan nadir ağacların tingliklərini genişləndirmək məqsədi ilə bu il 2 min kiloqram toxum tədarük etmişlər. Payız mövsümündə rayonda 60 hektar yeni meşə salınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]