Ağstafada taekvando turniri keçirilib
Ağstafa, 23 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafa şəhər Asif Abdullayev adına 2 saylı tam orta məktəbdə rayonun gənclər və idman sektoru və Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarnın Həmrəyliyi Gününə həsr olunmuş, 2014-2017-cü il təvəllüdlü yeniyetmələr arasında Taekvondo üzrə Ağstafa rayon Uşaq-Gənclər İdman Məktəbinin daxili birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirdə 35 idmançı 8 çəkidə mübarizə aparıb. Qaliblər diplom və medallarla təltif olunublar.