AĞSUDA 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Ağsu, 21 yanvar (AZƏRTAC). Yanvarın 20-də rayonda faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir. Səhər tezdən ictimaiyyətin 3 mindən çox nümayəndəsi - ahıllar, ziyalılar, gənclər “Qəhrəmanlar” abidə kompleksinin önünə toplaşmışlar.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Akif Mirzəyev 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda xalqımızın qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulamışdır.
Sonra şəhidlərimizin ruhuna dualar oxunmuşdur. İştirakçılar əbədi məşəlin qarşısından keçərək qara mərmər üzərində əks olunmuş oğullarımızın xatirəsini yad etmiş, hər tərəfi çiçəklərlə bəzəmişlər.
Mərasim Şəhidlər məzarlığında davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]