AHİK-in sədri: Ölkəmizdə vətəndaş rifahının təmin olunması istiqamətində sosial layihələr həyata keçirilir
Bakı, 25 iyun, AZƏRTAC
Müqəddəs Qurban bayramı ilə əlaqədar bu gün bölgələrdə yaşayan 4100 aztəminatlı ailəyə, o cümlədən şəhid və qazi ailələrinə bayram sovqatı göndərilir. Həmçinin Naxçıvanda bu kateqoriyadan olan 1250 ailə də diqqətdən kənarda qalmayıb.
Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AZƏRTAC-a müsahibəsində deyib.
Ölkəmizdə vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif sosial layihələrin həyata keçirildiyini diqqətə çatdıran AHİK-in sədri bu kontekstdə humanitar layihələrdən də danışıb.
"Dövlətimizlə bərabər, aparıcı ictimai təşkilatları humanist layihələrə dəstək verir, vətəndaşlarımızın problemlərini diqqətdə saxlayırlar. Heydər Əliyev Fondu da bu istiqamətdə nümunəvi fəaliyyəti ilə seçilir", - deyə Səttar Möhbalıyev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]