“AHIL ADAMLARLA İŞ VƏRDİŞLƏRİNİN İNKİŞAF ETDİRİLMƏSİ” LAYİHƏSİ BAŞA ÇATMIŞDIR
Adət halını almış sosial-iqtisadi həyat tərzinin dəyişdirilməsi, iqtisadi statusun aşağı səviyyədə olması və sair hallar ahıl adamlar üçün güclü stress amilidir. Onun təzyiqi altında olan ahıllar əksər hallarda mübarizə apara bilmədikləri psixoloji narahatlıq keçirlər. S.Məcidovanın fikrincə, bu baxımdan keçirilən tədbirlər həmin adamların sarsıntı hallarına münasibətini köklü surətdə dəyişmiş, həyatın müsbət tərəflərinin axtarılmasında onlara kömək göstərmişdir. Bu isə psixoloji, fizioloji və mənəvi ehtiyatların aşkara çıxarılmasında çox vacibdir. Xatırladaq ki, bu, “Psixoloji mərkəz” təşkilatının peşəkar psixoloqların və filosofların iştirakı ilə keçirilən altıncı layihəsidir.
Layihə humanitar yönümlü ali məktəblərin tələbə və məzunlarından ibarət 20 könüllünü və təxminən 150 ahılı əhatə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]