Aİ “Lukoyl”un fəaliyyətinin məhdudlaşdırılması üçün mexanizmlər hazırlayır
Buxarest, 24 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Rusiyanın “Lukoyl” şirkəti ilə əlaqələri kəsmək üçün yeni tədbirlər üzərində işləyir. Aİ artıq şirkətlə maliyyə əməliyyatlarının məhdudlaşdırılması istiqamətində mexanizmlər hazırlayır.
AZƏRTAC xəbər verir ki, şirkətin iri neft emalı zavodları Rumıniya və Bolqarıstanda fəaliyyət göstərir, yanacaqdoldurma məntəqələri isə demək olar ki, bütün qitə üzrə mövcuddur.
Rumıniya Energetika Nazirliyinin dövlət katibi Kristian Bușoy qeyd edib ki, ABŞ-ın elan etdiyi sanksiyalar nəticəsində “Lukoyl” Rumıniyadakı neft emalı zavodunu satmağa məcbur olacaq.
“Petrotel-Lukoil” zavodu Ploiești şəhərində, Buxarestdən 55 kilometr məsafədə yerləşir və ildə 2,5 milyon ton emal gücünə malikdir. Zavod 1998-ci ildən “Lukoyl”un mülkiyyətindədir və Rumıniyanın ən iri neft emalı müəssisələrindən biridir.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi ötən gün “Lukoyl” və “Rosneft” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər şirkətlərin 34 törəmə strukturunu da əhatə edir. Yeni sanksiyalar Rumıniya və Bolqarıstanda “Lukoyl”un gələcək fəaliyyəti ilə bağlı siyasi və iqtisadi müzakirələri daha da gücləndirib. Bu qərar, həmçinin, regionda enerji sektorunun yenidən qurulması perspektivlərini gündəmə gətirib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]