AIDA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin iclasında iştirak edib
Paris, 31 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndə heyəti ölkəmizin qonaq statusunda təmsil olunduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin (OECD/DAC) Parisdə keçirilən növbəti iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, görüşdə donor təşkilatları tərəfindən 2017-ci ildə göstərilmiş yardımlar nəzərdən keçirilərək qiymətləndirilib və 2018-ci il üzrə maliyyə hesabatlarının hazırlanması standartlarının müəyyən edilməsi ətrafında fikir mübadiləsi aparılıb.
AIDA-nın sözügedən görüşdə iştirakının əsas məqsədi inkişaf etməkdə olan ölkələrə Azərbaycan tərəfindən göstərilən yardımların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və səmərəliliyi artırmaqdır.
Tədbir çərçivəsində AIDA-nın nümayəndə heyəti OECD DAC təşkilatının sədri Şarlot Petri Qornitzka ilə görüş keçirib və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris