“Air Armenia” şirkətinin rəhbəri döyülərək xəstəxanaya yerləşdirilib
Tbilisi, 26 avqust, AZƏRTAC
Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan “Air Armenia” aviaşirkətinin rəhbəri Arsen Avetisyanı döyərək xəstəxanalıq edib.
Ermənistan baş prokurorluğunun yaydığı məlumatda deyilir ki, A.Avetisyan futbol akademiyasında olarkən federasiyanın prezidenti tərəfindən döyülüb. Burun sümüyü sınan Arsen Avetisyan güclü qanaxma və ağır kəllə- beyin zədəsi ilə xəstəxanaya yerləşdirilib.
“Air Armenia” şirkətinin rəhbəri akademiyada olarkən R.Ayrapetyan və onun cangüdənləri tərəfindən döyüldüyünü bildirib.
Federasiyanın prezidenti isə A.Avetisyanı tək döydüyünü və qarşıdurma zamanı cangüdənlərinin orada olmadığını bəyan edib.
Münaqişənin pul borcuna görə yarandığı bildirilir.
R.Ayrapetyan sonradan ifadəsindən imtina etdiyi üçün federasiyanın prezidenti məhkəmə qarşısında çıxış etməyəcək.
Mətbuatın yazdığına görə, son vaxtlar Ermənistanda məmur özbaşınalığı dözülməz həddə çatıb. İndi ölkədə sıravi vətəndaşların deyil, ayrı-ayrı şirkət rəhbərlərinin, məmurların da tez-tez döyülməsi adi hal alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]
Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər
- 02.11.2026 [18:54]
Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
- 02.11.2026 [18:52]