Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Cəlal Əliyevin fundamental tədqiqatları respublikada elmin inkişafına sanballı töhfələr verib

Akademik Cəlal Əliyevin fundamental tədqiqatları respublikada elmin inkişafına sanballı töhfələr verib

Bakı, 30 iyun, AZƏRTAC

Ömrünü elmə, təhsilə həsr edən akademik Cəlal Əliyev parlaq şəxsiyyət olaraq şərəfli, vicdanlı, məsuliyyətli müəllim adını daim uca tutub. Onun məktəbinin davamçıları hazırda Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Ukrayna, Koreya və digər ölkələrin nüfuzlu universitetlərində uğurla fəaliyyət göstərirlər.

AZƏRTAC görkəmli alim, tanınmış ictimai xadim, Əməkdar elm xadimi, akademik Cəlal Əlirza oğlu Əliyevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına bir daha nəzər salır.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1942-1944-cü illərdə Naxçıvan Müəllimlər İnstitutunun Təbiətşünaslıq-coğrafiya fakültəsində oxuyub, 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsində ali təhsil alıb, 1951-1954-cü illərdə bitki fiziologiyası ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspirantı olub.

Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun bitki fiziologiyası şöbəsində kiçik elmi işçi kimi başlayan Cəlal Əliyev burada böyük elmi işçi və laboratoriya müdiri, 1962-ci ildən ömrünün sonunadək şöbə müdiri vəzifələrini tutub. O, eyni zamanda, Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda 1971-ci ildən yaradıcı qrupun rəhbəri və laboratoriya müdiri işləyib, 1990-cı ildən məhsuldarlıq prosesinin molekulyar-genetik əsasları şöbəsinə rəhbərlik edib. Alim 1981-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi olub.

Cəlal Əliyev bitki fiziologiyası ixtisası üzrə 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.

Akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada elmin inkişafına sanballı töhfələr verib. Onun tədqiqatları yeni istiqamətlər müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət edib.

Öz məktəbini formalaşdırmış alimin yaradıcılığının mühüm qismi taxılçılığın inkişafına yönəlmişdi. Bu tədqiqatların nəticələrinin məqsədyönlü seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi ilə Cəlal Əliyev yüksək məhsuldarlığa malik qiymətli sortlar yaratmışdı. Alimin rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin tədqiqat proqramlarında rəğbətlə qarşılanıb.

Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini daim diqqət mərkəzində saxlayan alimin Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri olub. Cəlal Əliyevin inkişaf etdirdiyi elmi istiqamətlərdən biri də torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının çirklənməsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Onun bu problemlə əlaqədar fundamental əsərləri beynəlxalq miqyasda çox yüksək qiymətləndirilib.

Akademik Cəlal Əliyevin elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlb edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunub və müvafiq kadr potensialı formalaşdırılıb. Alimin rəhbərliyi ilə 100-ə yaxın fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb.

Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunmuş 600-dən çox elmi əsərdə, o cümlədən onlarla monoqrafiya və kitabda öz əksini tapıb. Müxtəlif ixtiralara görə aldığı çoxsaylı patentlər alimin gərgin əməyinin məhsuludur. Cəlal Əliyev bir sıra beynəlxalq elmi qurumların, o cümlədən xarici ölkələrin kənd təsərrüfatı akademiyalarının, nüfuzlu elmi şuraların üzvü kimi fəaliyyət göstərib. O, iştirakçısı olduğu mötəbər simpozium, konqres və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib.

Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Ölkəmizdə XX əsrin axırlarında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə əsl vətəndaş mövqeyi tutub, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr verib. Onun 1995-2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olub.

Cəlal Əliyev əldə etdiyi elmi nailiyyətlərə görə bir çox beynəlxalq mükafatlar alıb, xarici ölkələr tərəfindən təltif edilib. Onun Azərbaycanda elmin inkişafı sahəsində çoxillik zəngin və məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilib. Alim “İstiqlal”, “Şərəf” ordenlərinə və müxtəlif fəxri adlara layiq görülüb. O, 2016-cı il fevralın 1-də ömrünün 88-ci ilində vəfat edib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli Sərəncamına əsasən akademik Cəlal Əliyevin 90 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Görkəmli alim və tanınmış ictimai xadim Cəlal Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi