Akademik: Əziz Səncər elmi əməkdaşlığa xüsusi diqqət göstərir
Bakı, 8 sentyabr, AZƏRTAC
Nobel mükafatı laureatı, professor Əziz Səncər Azərbaycan elmi ilə əlaqələrin inkişafına və gənc alimlərin dəstəklənməsinə xüsusi önəm verir.
Bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova söyləyib. Akademik qeyd edib ki, Əziz Səncərin elmi fəaliyyəti ilə yanaşı, təhsilə və gənc alimlərin yetişdirilməsinə verdiyi önəm də diqqətəlayiqdir.
Müsahibimiz bildirib ki, İstanbul Universitetində başlayan təhsil və elmi fəaliyyətini daha sonra ABŞ-nin nüfuzlu universitetlərində davam etdirən Əziz Səncər Şimali Karolina Universitetində elmi məktəbini formalaşdırıb və rəhbərlik etdiyi laboratoriyada müxtəlif ölkələrdən olan gənc tədqiqatçılar fəaliyyət göstərir.
“Əziz Səncər hər zaman gənclərə, o cümlədən Azərbaycan gənclərinə xüsusi diqqət göstərir. Azərbaycandan gedən bir neçə gənc alim onun laboratoriyasında uğurla çalışıb, fəlsəfə doktorluğu dissertasiyalarını müdafiə edib”, – deyə akademik qeyd edib.
Akademik, həmçinin Əziz Səncərin Azərbaycan Molekulyar Biologiya İnstitutunun nəşri olan “Proceedings/Transactions of Molecular Biology and Biotechnologies” jurnalının redaksiya heyətinin fəxri üzvü olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, jurnalın bu il “Scopus” beynəlxalq elmi bazasına daxil olması Azərbaycan molekulyar biologiya və biotexnologiya elminin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm nailiyyətdir. Jurnal 0,21 impakt faktoruna malikdir.
“Əziz Səncər böyük alimdir və elmə hər zaman sədaqətli olub. Onun elmi fəaliyyəti, gənc alimlərə münasibəti və yaratdığı elmi məktəb yalnız Türkiyə və Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyidir”, – deyə akademik əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [20:11]
Cihangir İşbilir: Əziz Səncər Türk dünyasının qürur mənbəyidir
- 08.09.2026 [18:57]
Əziz Səncər: Türk dünyasının qarşısında yeni vəzifələr dayanır
- 08.09.2026 [18:20]
Əziz Səncər: Türk dünyasının gələcəyi elm və texnologiyadan keçir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Yağışlı Bakıdan FOTOLAR
- [18:02]
AZAL Ciddəyə uçuşları bərpa edir
- [16:18]