AKROBATİK GİMNASTİKA ÜZRƏ ÖLKƏ ÇEMPİONLARI MÜƏYYƏN EDİLMİŞDİR
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kişilər arasında Nizami rayonu idman məktəbinin nümayəndələri Rüstəm Nəcəfquliyev, İlham Abbasov, Vüqar Əhmədov və Fərid Məmmədov ən yaxşı qrup, Rəşid Mustafin və Mixail Malkin (gimnastika məktəbi) ən yaxşı cütlük kimi fərqlənmişlər. Qadın qrupları arasında İnarə Haşimi, Könül Fərəcova və Dilarə Sultanova (Nizami rayonu idman məktəbi) çempion olmuşlar. Ayla Əhmədova və Dinarə Abbasova (gimnastika məktəbi) qadın cütlüklərinin yarışında qalib gəlmişlər. Qarışıq cütlər arasında Faiq Sultanov və Tamara Balakişiyeva (gimnastika məktəbi) fərqlənmişlər.
Kişilərdən ibarət qrup və qadın cütlüyü iyunun ortalarında Portuqaliyada keçiriləcək dünya çempionatına hazırlaşırlar. Ölkənin tamblinq komandası mayın 22-27-də Metsdə keçiriləcək yeniyetmələr arasında Avropa çempionatında iştirak etmək üçün artıq Fransaya getmişdir. Püşkatmanın nəticələrinə görə, akrobatlarımız Səid Səlimov və Hafiz Rzayev Rusiya, Portuqaliya və Litva idmançıları ilə ikinci yarımqrupda çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]