AKROBATLARIMIZ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR
Beynəlxalq dərəcəli hakim Elşad Nərimanovun sözlərinə görə, akrobatlarımızın turnirdə iştirakı onların ustalığını artıracaq, məşqçilərin müxtəlif kompozisiyalar qurmaq sahəsində, təmrinlərin musiqi müşayiətinin seçilməsində təcrübə mübadiləsi aparmasına imkan verəcəkdir. O, demişdir: “Yarışlar idman akrobatikası üzrə beynəlxalq qaydalara uyğun ilkin proqramla keçiriləcəkdir. İdmançılar sürətli və tarazlı təmrinləri yerinə yetirəcək, çıxışlarını isə uyğunlaşdırılmış kompozisiya ilə yekunlaşdıracaqlar”.
Turnir gələn ilin may ayında Fransada keçiriləcək idman akrobatikası üzrə dünya çempionatına hazırlıq mərhələsi kimi nəzərdə tutulmuşdur.