AKTA: Yeni ekspertlərə üzvlük sertifikatları təqdim olunub
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) ekspertlərinin ilk şəbəkələşmə tədbiri keçirilib.
AKTA-dan AZƏRTAC-a bildirilib ki, işgüzar səhər yeməyi formatında keçirilən görüşdə 50-dək müstəqil və AKTA-ya üzv şirkətləri təmsil edən ekspert iştirak edib.
Görüşdə maraqlı fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıqlar müzakirə edilib və yeni ekspertlərə üzvlük sertifikatları təqdim olunub.