Albaniya yığması Azərbaycanla oyuna tam heyətlə hazırlaşır

Bakı, 6 iyun, AZƏRTAC
Albaniya yığması Azərbaycan millisinə qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununa tam heyətlə hazırlaşır.
AZƏRTAC Albaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma öncəsi heyətdə heç bir itki yoxdur. Bütün futbolçuların ideal formada olduğu bildirilib.
Lixtenşteyn seçməsi ilə yoxlama matçında meydana çıxmayan oyunçular - Berat Gimşiti,Taulant Seferi, Amir Abraşi, Yilber Ramadani və Simon Simoni də görüşə tam hazırdırlar.
Qeyd edək ki, iyunun 7-də Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş" İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.04.2025 [15:26]
“Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
- 28.04.2025 [13:51]
"Marneuli Open 2025" şahmat turnirinə yekun vurulub
- 28.04.2025 [13:25]
“Zirə” braziliyalı futbolçu ilə yeni müqavilə imzalayıb
- 28.04.2025 [13:01]