Aleksandar Boriçiç: Azərbaycan qadın voleybolçuların Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edir
Bakı, 28 sentyabr, Pərvanə Rəhimova AZƏRTAC
Avropa çempionatının yüksək səviyyədə təşkilinə və göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç deyib.
O qeyd edib ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Voleybol Federasiyasının Bakı və Gəncə şəhərlərində turnirin təşkilinə göstərdikləri diqqət və qayğı da təqdirəlayiqdir. Azərbaycan paytaxtı bir çox beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Ancaq Gəncədə belə bir yüksək təşkilatçılıq səviyyəsi bizim üçün sürpriz oldu.
A.Boriçiç Azərbaycan komandasını Avropa çempionatının ev sahibi kimi turnirin finalında görmək istədiyini bildirib. “Gələcəkdə Avropa Voleybol Konfederasiyası Azərbaycanda voleybolun inkişafı istiqamətində məktəblərdə reallaşdırılacaq layihəni dəstəkləyəcək. Bununla bağlı Azərbaycan Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunub. Əsas məqsədlərdən biri 2019-cu ildə Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının proqramına voleybolun da daxil edilməsidir”, - deyə Avropa Voleybol Konfederasiyasının prezidenti qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]