Aleksandr Lukaşenko: Belarusda “Oreşnik” raket sisteminin yerləşdirilməsi regionda vəziyyətin gərginləşməsinə cavab tədbiridir
Kiyev, 28 oktyabr, AZƏRTAC
Belarusda “Oreşnik” raket sisteminin yerləşdirilməsi regionda vəziyyətin gərginləşməsinə və mövcud təhdidlərə cavab tədbiridir.
AZƏRTAC “Belta” agentliyinə istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransında bildirib.
“Bu silahın Belarusda yerləşdirilməsi regionda vəziyyətin gərginləşməsinə və mövcud təhdidlərə cavabdan başqa bir şey deyil. Xahiş edirəm, bundan uzaqlaşaq və “Oreşnik” haqqında söhbətlər kəsilsin. Lakin, onlar bunu istəmirlər. Biz heç kimi təhdid etmirik, sadəcə öz təhlükəsizliyimizi təmin edirik. Üstəlik, biz həmişə konstruktiv dialoqa və gərginliyin azaldılması üçün qarşılıqlı addımlara açığıq. Əgər Qərbdəki tərəfdaşlarımız buna hazırdırsa, nə biz, nə də Rusiya borclu qalmayacağıq!” - deyə Belarus lideri bildirib.
Dövlət başçısı qeyd edib ki, Belarusda “Oreşnik” ortamənzilli raket sisteminin yerləşdirilməsi ayrı-ayrı azğın siyasətçiləri narahat edən məsələdir. “Heç bir təcavüzkarlıq olmayacaq!” - deyə Prezident əmin edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]