Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib
Naxçıvan, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.
Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iclasda komitə sədri Əjdər Əliyev gündəlikdə duran məsələlərin - “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirə olunacağını diqqətə çatdırıb.
Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihələri haqqında məlumat verib.
Sonda Hüquq siyasəti komitəsinin rəyi oxunub, qanun layihələri Ali Məclisin müzakirəsinə təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]