ALİ QONAQ FİLARMONİYADA KONSERTDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen və xanımı Brigit Kuşpen mayın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş konsertdə olmuşlar.
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Avropa və Azərbaycan bəstəkarlarının, o cümlədən Bethovenin, Fikrət Əmirovun əsərləri səslənmişdir.
İsveçrə Prezidenti və xanımı Azərbaycan sənətçilərinin çıxışından məmnun qalmışlar.
######
![]() |
![]() |
![]() |
![]() |



