ALİMLƏR KİV-LƏRDƏ İSLAM MÖVZUSUNUN QƏRƏZLİ İŞIQLANDIRILMASINDAN NARAZIDIR
Məruzədə deyilir ki, bütün dünyada sülh və asayişin bu qədər kövrək olduğu indiki zamanda, bu mövzuya daha həssas yanaşılmalı və İslam bayrağı altında döyüşən yaraqlılardan savayı, Yer üzündəki qeyri dinlərin nümayəndələri ilə eyni mənəvi dəyərlərə malik milyonlarla insanın mövcudluğu da daim oxucuya xatırladılmalıdır. Müşavirənin iştirakçıları müasir KİV-lərdə jurnalist etikasının əhəmiyyətini önə çəkərək bildirmişlər ki, müsəlman aləmində baş verən proseslərin federal KİV-lər tərəfindən çox vaxt subyektiv və ədalətsiz qiymətləndirilməsi, nəticə etibarilə oxucuda mənfi müsəlman obrazının formalaşmasına səbəb olur.