Alimlər xəbərdarlıq edir: kədərli 200 milyonluq hədd yaxınlaşır
Budapeşt, 14 iyun, AZƏRTAC
Koronavirus pandemiyası başlanandan bəri dünyada bu xəstəliyə yoluxmuş sakinlərin sayı tədricən 200 milyona yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, bu gün müvafiq göstərici 176 milyona bərabərdir. Alimlər isə istisna etmirlər ki, hətta vaksinləmə və kollektiv immunitet də bu xəstəliyə tutulanların sayının 200 milyona çatmasına mane ola bilməyəcək. Bu hədd tezliklə aşılmayacaq, lakin alimlər xəbərdarlıq edirlər ki, xəstələnənlərin sayı artmaqda davam edəcək.
“Madyar Nemzet” qəzetinin bugünkü nömrəsində bildirilir ki, indiyə qədər təsdiqlənmiş COVID-19 diaqnozu ilə vəfat edənlərin sayı 3,8 milyondan, sağalananların sayı isə 160 milyondan çoxdur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:11]
Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir
- 14.10.2026 [11:47]
Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]