REGİONLAR
Alinur Aktaş: 30 il sonra azadlığa qovuşmuş Şuşada olmaq bizim üçün böyük xoşbəxtlikdir
Şuşa, 10 dekabr, T.Ağaməmmədov, AZƏRTAC
Otuz il sonra azadlığa qovuşmuş Şuşada olmaq bizim üçün son dərəcə böyük xoşbəxtlikdir. Bu gün burada həm “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin bağlanış mərasimi, həm də Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsisatı ilə bağlı bir araya gəldik. 2024-cü ilin birinci yarısında da toplaşaraq bu prosesi ən yüksək səviyyədə davam etdirəcəyik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransında iştirak edən Bursa Böyükşəhər Bələdiyyə Başçısı Alinur Aktaş jurnalistlərə açıqlamasında söyləyib.
“Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyi çərçivəsində həm mədəni, həm qədim mədəniyyətimizin kodlarının işlənəcəyi, eyni zamanda, iqtisadiyyat, turizm sahələrində qarşılıqlı əlaqələrin olacağı, şəhərləşmə ilə əlaqədar təcrübələrin paylaşılacağı bir mühit yaratmağa çalışacağıq”, – deyə Alinur Aktaş bildirib.