Allahşükür Paşazadə: Erməni katolikosu din ilə siyasətin yerini səhv salıb
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanla düşmən dili ilə danışmaq olmaz. Erməni katolikosu din ilə siyasətin yerini səhv salıb.AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə söyləyib.
O qeyd edib ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır.
“Din adamları müharibə üçün deyil, sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir”, - deyə şeyxülislam vurğulayıb.
Azərbaycanın həmişə dünyanı dostluğa çağırdığını söyləyən A.Paşazadə, həmçinin qeyd edib: "Biz erməni kilsəsini də dostluğa, barışığa çağırırıq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2023 [17:19]
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
- 27.07.2023 [16:29]
İƏT Quranın nüsxələrinin yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək
- 21.07.2023 [16:04]