Almaniya aeroportlarını yenidən etiraz nümayişləri bürüyüb
Berlin, 7 mart, AZƏRTAC
Bu həftə Verdi Almaniya Aviatorlarının Həmkarlar Birliyi, “Lufthansa”nın Almaniyada çalışan işçilərini xəbərdarlıq məqsədilə nümayişlər keçirməyə çağırıb.
AZƏRTAC “Lufthansa”nın yaydığı press-relizə istinadla xəbər verir ki, nümayişlər 200 mindən çox sərnişinin uçuş qrafikinə təsir edəcək. Bu o deməkdir ki, daha əvvəl iki hava limanında keçirilən tətillərdə olduğu kimi, gündə minə yaxın uçuş ləğv ediləcək və ilkin uçuşların yalnız onda biri yerinə yetiriləcək. Həmkarlar Birliyinin fikrincə, sərnişin zonalarındakı xəbərdarlıq tətili cümə axşamı səhər saat 4-də başlayacaq və şənbə günü səhər 7:10-da başa çatacaq, yəni təxminən 59 saat davam edəcək.
Martın 4-də Verdi Həmkarlar Birliyi cümə axşamı günü Frankfurt və Hamburq hava limanlarında sərnişin və yük nəzarəti, yüklərin yoxlanması və xidməti zonalarında tətil elan edib. Hamburq hava limanı artıq martın 7-də bütün uçuşlarının ləğv ediləcəyini və ya bəzilərinin sərnişin olmadan uçacağını açıqlayıb. Uçuşlar üçün qeydiyyat çərşənbə axşamına qədər dayandırılıb. Uçuşların ləğv edilməsi və ya gecikməsi hava limanına çatdıqdan sonra da gözlənilə bilər. Əvvəlcə, cümə axşamı günü 284 reys - təxminən 36 min sərnişinlə yerinə yetiriləcək 141 uçuş və 143 eniş planlaşdırılıb. Hava limanı bir çox uçuşların cümə günü yenidən bron ediləcəyini güman edir.
Cümə axşamı və cümə günləri Hannover hava limanında “Lufthansa” uçuşları olmayacaq.
“Əvvəlki tətillərdə və etiraz nümayişlərində olduğu kimi, “Lufthansa”nın Münhen və Frankfurta bütün uçuşları cümə axşamı və cümə günləri üçün ləğv edilib”, - deyə Hannover hava limanının nümayəndəsi DPA agentliyinə bildirib.
“Lufthansa” işçilərinin tətili sayəsində, Verdi Həmkarlar Birliyi 13 və 14 mart tarixlərində planlaşdırılan beşinci kollektiv danışıqlar raundundan əvvəl aviaşirkətə təzyiq göstərmək istəyir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin