“ALMANİYA-FRANSA” KOMANDASI MİNİ-FUTBOL ÜZRƏ “DİPLOMAT-2009” TURNİRİNİN QALİBİDİR
Bakı, 13 iyul (AZƏRTAC). İyulun 13-də Azərbaycanın diplomatik xidmətinin 90 illiyinə həsr edilmiş mini-futbol üzrə “Diplomat-2009” turnirinin qalibi məlum olmuşdur.
Finalda Xarici İşlər Nazirliyinin komandasına 5:0 hesabı ilə qalib gəlmiş birləşmiş “Almaniya-Fransa” komandası kuboka sahib olmuşdur. Üçüncü yer uğrunda mübarizədə Türkiyə komandası İsrail diplomatlarını 4:0 hesabı ilə məğlubiyyətə uğratmışdır.
İyunun 20-də başlanmış turnirdə Xarici İşlər Nazirliyinin, Qazaxıstan, Türkiyə, Ukrayna, Qətər, İsrail, Böyük Britaniya və Rusiya səfirliklərinin, BMT-nin, Dünya Bankının Azərbaycandakı nümayəndəliklərinin komandaları, Fransa və Almaniya səfirliklərinin birləşmiş komandası iştirak edirdi.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]