Almaniya səfiri: Bakı Atıcılıq Mərkəzi dünya standartlarına cavab verən müasir arenadır
Bakı, 30 may, AZƏRTAC
Bakı Atıcılıq Mərkəzi dünya standartlarına cavab verən müasir arenadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniya Federativ Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku yarışı zamanı jurnalistlərə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Almaniyanı dünya kuboku yarışında təmsil edən idmançılarla görüşdüm. Almaniyalı idmançılar Bakı Atıcılıq Mərkəzində yaradılan şəraiti yüksək qiymətləndirdilər. Arenanı çox bəyənirlər. Mərkəzdə idmançılar üçün hər cür şərait yaradılıb.
“İdmançımız Monika Karş da yarışda iştirak edir. O, Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. M.Karş yarışda bürünc medal qazanıb. Düşünürəm ki, idmançı üçün əsas məsələ burada iştirak etməkdir. Çünki onların başqa millətlərlə dostluq münasibətləri yaranmalıdır. Bu səbəbdən dünya kuboku yarışında iştirak etməyin özü də bir nailiyyətdir. İdmançılarımıza uğurlar arzu edirəm. Ümidvaram ki, onlar medal qazanacaqlar”, - deyə səfir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]