ALMANİYA TÜRKİYƏYƏ 298 ƏDƏD “LEOPARD-2” TANKI SATACAQDIR
AZƏRTAC-ın Berlindən aldığı xəbərə görə, Almaniya Türkiyəyə 298 ədəd “Leopard-2” tankı satacaqdır. AFR Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu barədə razılaşma noyabrın 8-də Berlində imzalanmışdır.
Söhbət təzə tanklardan deyil, bundesverin silahları sırasından çıxarılmış döyüş tanklarından gedir. Sövdələşmənin dəyəri və müddəti açıqlanmamışdır.
Düşmən tanklarına qarşı döyüşmək üçün nəzərdə tutulmuş və 1500 at qüvvəsinə malik “Leopard-2” saatda 70 kilometr sürətlə hərəkət edə bilər. Tankda qoyulmuş 120 millimetrlik topun atəş məsafəsi 4 kilometrdən çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]