Almaniya yanğın baş verən “Moriya” düşərgəsindən daha çox qaçqın qəbul edəcək
Berlin, 15 sentyabr, AZƏRTAC
Almaniya Yunanıstanın Lesbos adasında müvəqqəti yerləşdirilmiş qaçqınların böyük əksəriyyətini qəbul etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, ölkənin federal hökuməti belə bir addım atmağa hazır olduğunu bəyan edib.
Angela Merkelin dəftərxanasında bildiriblər ki, yeni qaçqınların qəbulu barədə məsələ hakimiyyətin ən yüksək dairələrində öyrənilir. Bununla bağlı intensiv danışıqlar aparılır və yəqin ki, qaçqınların xeyrinə qərar qəbul ediləcək.
Eyni zamanda, AFR Daxili İşlər naziri Horst Zeyehofer artıq bildirib ki, onun ölkəsi böyüklərin müşayiəti olmadan 150-dək həddi-büluğa çatmayan uşağı qəbul edəcək. Söhbət məhz “Moriya” qaçqın düşərgəsində baş verən yanğın nəticəsində sığınacaqsız qalan, valideynlərini itirmiş uşaqlardan gedir.
Yunan adasında qaçqınların əksəriyyətinin acınacaqlı vəziyyəti daha əvvəl onlar üçün Türkiyədə yaradılan çox yaxşı şəraitlə ziddiyyət təşkil edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]