Almaniyada karantin tədbirlərini yüngülləşdirmək niyyətindədirlər
Berlin, 9 aprel, AZƏRTAC
Avstriya, Danimarka və Çexiya Avropada karantin məhdudiyyətlərini tədricən azaldan və vətəndaşları koronavirusdan öncəki həyata qaytaracaq ilk ölkələrdən ola bilər.
AZƏRTAC xəbər verir ki, bu ölkələrin ardınca Almaniya da karantin məhdudiyyətlərini yüngülləşdirmək fikrindədir. Federal hökumət artıq təxmini fəaliyyət planı işləyib hazırlayır. Birinci mərhələdə restoran, mağaza və məktəblərin fəaliyyəti bərpa ediləcək. Buna baxmayaraq, karantinin tətbiqi zamanı olduğu kimi son sözü federal əyalətlər deyəcək. Yerli hakimiyyət orqanları karantinin nə vaxt və necə ləğv edilməsinə müstəqil şəkildə qərar verə bilər. Bu addımın Saksoniya tərəfindən birinci atılacağı gözlənilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]