Almaniyada qeydə alınmış koronavirusa yoluxanların sayı bir gündə 50 faiz artıb
Bakı, 14 mart, AZƏRTAC
Almaniyada qeydə alınmış koronavirusa yoluxanların sayı son 24 saatda 50 faiz artıb.
AZƏRTAC Almaniyanın “Spiegel.de” saytına istinadla xəbər verir ki, adıçəkilən ölkədə COVID-19 virusuna yoluxanların sayı 2369 nəfərə çatıb. Bir sutka öncə adıçəkilən infeksiyaya yoluxanların sayı 1567 nəfər idi. Almaniya rəsmiləri virusa yoluxma tempində artımı 10 faiz proqnozlaşdırırdılar və gözlənilməz artım Robert Kox İnstitutu tərəfindən də təsdiq olunub.
Qeyd edək ki, Robert Kox İnstitutunun rəhbəri Lothar Viler hər gün saat 10:00-da mətbuata və ictimaiyyətə həm ölkədəki, həm də Çin və Avropanın digər ölkələrindəki son durumla əlaqədar rəsmi məlumatları açıqlayır. Əlavə olaraq bildirək ki, Almaniya Kansleri Angela Merkel mətbuata açıqlamalarının birində, ölkə əhalisinin 60-70 faizinin koronavirusa yoluxacağı ehtimal edildiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]