Almaniyada uzun fasilədən sonra ilk dəfə Suriyaya deportasiya həyata keçirilib
Berlin, 23 dekabr, AZƏRTAC
Almaniya hökuməti Suriyada vətəndaş müharibəsinin başlanmasından bəri ilk dəfə olaraq məhkum edilmiş bir şəxsi bu ölkəyə deportasiya edib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi həmin şəxsin Dəməşqdə Suriya hakimiyyət orqanlarına təhvil verildiyini açıqlayıb. Onun Şimali Reyn-Festfaliya əyalətində xüsusilə ağır quldurluq, bədən xəsarəti yetirmə və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə həbs cəzası çəkdiyi bildirilir.
Həmçinin cinayət törətmiş daha bir şəxs isə bu gün səhər Əfqanıstana deportasiya edilib.
Daxili İşlər Nazirliyi son aylarda Suriya və Əfqanıstanın aidiyyəti qurumlarının nümayəndələri ilə bu istiqamətdə danışıqlar aparıldığını açıqlayıb. Hazırda əldə olunmuş razılaşmalara əsasən, cinayət törətmiş və cəmiyyət üçün təhlükə yaradan şəxslərin deportasiyasının bundan sonra müntəzəm şəkildə həyata keçirilməsi mümkün olacaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [22:39]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:27]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [21:55]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [20:39]
Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb
- 09.08.2026 [20:26]
Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır
- 09.08.2026 [20:12]
Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib
- 09.08.2026 [19:50]
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib
- 09.08.2026 [17:34]
Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb
- 09.08.2026 [15:10]
Qazaxıstanda sərnişin avtobusu yanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]