Almaniyada yol-nəqliyyat hadisələri nəticəsində ölən hər altı nəfərdən biri velosipedçidir

Berlin, 26 aprel, AZƏRTAC
Ötən il Almaniyada yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 16 faizi, yəni, ölən hər altı nəfərdən biri velosipedçilər olub. İl ərzində 441 velosipedçi qəzalarda həyatını itirib. Xüsusilə yaşlı insanlar və e-bike istifadəçiləri tez-tez qəzaların qurbanı olurlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Statistika İdarəsinin yol-nəqliyyat hadisələri ilə bağlı məlumatında qeyd edilib.
Statistikaya əsasən, velosiped sürənlər üçün ən böyük təhlükə avtomobillərdir. Belə ki, 92 min 882 nəfərin xəsarət aldığı velosiped qəzalarının 70,7 faizi avtomobillərlə toqquşmalar nəticəsində baş verib. Həmin qəzaların 75,3 faizinə avtomobil sürücüləri səbəb olub. Qəzalarda ölənlərin 43,5 faizi (192 nəfər) elektrikli velosiped sürənlər, üçdə ikisi 65-dən yuxarı yaş qrupuna aiddir.
Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin ümumi sayı azalaraq 2024-cü ildə 2 min 759 nəfər olub. Bu, 2014-cü illə müqayisədə 18,3 faiz azdır. Buna baxmayaraq, ölümlə nəticələnən velosiped qəzalarının sayı on il əvvəlkindən 11,4 faiz çox olub.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [15:14]
Finlandiya Rusiya aktivləri hesabına Ukraynanı silah-sursatla təmin edəcək
- 19.05.2025 [14:46]
“Nissan” Yaponiyadakı zavodlarını bağlayacaq
- 19.05.2025 [14:35]
Peter Fişer: Diplomatlar Gürcüstanda məhkəmələrə təsir etməyə çalışırlar
- 19.05.2025 [14:34]
Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olacaq
- 19.05.2025 [14:29]
Qazaxıstanda Mərkəzi Asiyanın ən sürətli superkompüteri istifadəyə buraxılır
- 19.05.2025 [14:21]
İstanbulda 25-ci Türk Dünyası Uşaq Festivalı keçiriləcək
- 19.05.2025 [14:13]