ALMANİYALI TƏLƏBƏLƏR SİBİRDƏ ARXEOLOJİ QAZINTILAR APARIRLAR
Qızıl-Tura XV əsrin sonunadək müsəlman Sibirinin ilk paytaxt şəhəri olmuşdur. Şeybani xanları məmləkəti buradan idarə edirdilər. Digər paytaxt şəhərində - Tümendə (başqa adı Çimgi-Turadır) şeybanilərin vassalları olmuş sibirli taybuginlər hökmranlıq edirdilər. Şeybani İbrahim xan iki taxt-tacı birləşdirib öz qərargahını Tümenə köçürənədək belə olmuşdur. Sonra İsgər paytaxt elan edilmişdir. XVI əsrin sonunda Yermakın dəstəsi Qızıl-Turanı ələ keçirmişdir. XVIII əsrin ortalarında şəhərin xarabalıqlarına gəlmiş tədqiqatçı Falk məscidin dağıdılmış qülləsini görmüşdür.
Gələn il arxeoloji ekspedisiya yenidən beynəlxalq heyətdə tayqaya qayıdacaqdır. Tədqiqatçılar güman edirlər ki, əsas tapıntılar daha dərin qatlarda yerləşir.
Sibirdəki qala-şəhərlərdən heç biri indiyədək arxeoloqlar tərəfindən öyrənilməmişdir. Tarixi mənbələrdə Sibirdəki aşağıdakı qalaların adları çəkilir: İsgər (Qaşlıq), Tümen (Çimgi-Tura), Qasım-Tura, Yavlu-Tura, Ton-Tura, Bişik-Tura, Yarım, Kullar, Tarxan qala...
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]