Almaniyanın Bielefeld şəhərində Xocalı soyqırımının XXI ildönümü ilə əlaqədar yürüş keçirilmişdir
Berlin, 24 fevral (AZƏRTAC). Fevralın 23-də Almaniyanın Bielefeld şəhərində Xocalı soyqırımının XXI ildönümü ilə əlaqədar mitinq və yürüş keçirilmişdir. Aksiyaya Almaniyanın bir çox şəhərlərindən insanlar qatılmışlar.
Mitinq iştirakçıları erməni terrorçularının və Xocalı soyqırımını törədənlərin, xüsusən də bu faciənin təşkilatçılarından olan Serj Sarkisyanın, Qukasyanın, Zori Balayanın, Robert Köcəryanın və başqalarının bəşəriyyətin gözü önündə cəzalandırılmasını tələb etmişlər. Yürüşdə “insanları haqq-ədalət içində, qardaşcasına, bərabər yaşamağa çağırırıq”, “Qarabağa azadlıq, “Xocalıya ədalət” şüaları səsləndirilmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin