Almaniyanın sabiq kanslerinin oğlu səhiyyə nazirini məhkəməyə verib
Bakı, 3 aprel, AZƏRTAC
Almaniyanın sabiq kansleri Helmut Kolun oğlu Valter Kol qoruyucu maska tədarükü ilə bağlı hesabın ödənilməməsinə görə ölkənin səhiyyə naziri Yens Şpana qarşı iddia qaldırıb.
AZƏRTAC Bild tabloidinə istinadla xəbər verir ki, iddia Bonn məhkəməsinə verilib və söhbət 5,5 milyon avroluq məbləğdən gedir.
Nəşrin məlumatına əsasən, 2020-ci ilin yazında Valter Kolun Kohl Consult firması nazirliyin tenderində iştirak etmiş, FFP2 tipli bir milyon maska (bir ədədi 4,5 avro qiymətinə) tədarükünə sifariş almışdı. Lakin son nəticədə nazirlik malı qəbul etməyib və pulunu ödəməyib.
Kolun sözlərinə görə, Şpanın rəhbərlik etdiyi nazirlik “qəfildən” bəyan edib ki, maskalar suya davamlı deyil, halbuki bu, əvvəlcədən razılaşdırılmamışdı.
Səhiyyə Nazirliyi davam edən araşdırmanın detalları barədə şərh verməkdən boyun qaçırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]