Almaniyanın Şərqi Biznes Assosiasiyası ilə ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Bakı, 10 oktyabr, AZƏRTAC
Almaniyada işgüzar səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun rəhbəri Yusif Abdullayevin də iştirak etdiyi görüşdə ticarət əlaqələrinin genişləndirilməsinə, innovasiyaların təşviqinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.