ALMATIDA XƏZƏR EKOLOJİ PROQRAMININ YÜKSƏK SƏVİYYƏLİ RƏHBƏRLƏR KOMİTƏSİNİN İCLASI OLMUŞDUR
Xəzəryanı olkələrin nümayəndələrinin iştirak etdiyi yığıncaqda Xəzər Ekoloji Proqramı üzrə həmin dövlətlərin fəaliyyətinin nəticələri müzakirə olunmuş, bu sahədə görüləcək işlərdən danışılmışdır. Bildirilmişdir ki, bu proqramın 1999-2002-ci illərə təsadüf edən birinci mərhələsində Xəzər dənizi ilə bağlı strateji plan hazırlanmış, Xəzəryanı dövlətlərin hər biri ətraf mühitin mühafizəsinə dair milli proqramlar tərtib etmişlər.
Beş Xəzəryanı dövlət tərəfindən həyata keçirilən Xəzər Ekoloji Proqramını Qlobal Ekoloji Fond, ətraf mühitin mühafizəsi üzrə BMT proqramı, Dünya Bankı və bir sıra digər beynəlxalq təşkilatlar dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]