Altı ayda ölkəyə 11,7 min ton əczaçılıq məhsulları idxal olunub
Bakı, 27 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında ölkəyə 11,7 min ton əczaçılıq məhsulları idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 180,8 milyon dollar olub.
Xatırladaq ki, keçən ilin eyni dövründə Azərbaycana 134,5 milyon dollarlıq 6,9 min ton əczaçılıq məhsulları idxal edilib.