İQTİSADİYYAT
AMB: Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən aparılmış requlyativ güzəştlər nəticəsində 2022-ci ildən bu tərəfə son 18 ayda elektrik və hibrid minik avtomobillərinin banklar tərəfindən kreditləşməsi say olaraq 8 dəfə, məbləğ olaraq 6,5 dəfə artıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17,8 faiz olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59,9 faiz təşkil edib.
Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrupu”na rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir