AMB Gürcüstan Milli Bankı ilə pul siyasətinin həyata keçirilməsini müzakirə edib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti işgüzar səfər çərçivəsində Gürcüstan Milli Bankında olub.
AMB-dan AZƏRTAC-a bildirilib ki, səfər zamanı tərəflər arasında pul siyasətinin həyata keçirilməsi, makroiqtisadi modelləşdirmə və proqnozlaşdırma, eləcə də xarici sektor statistikasının hazırlanması mövzularında praktiki müzakirələr aparılıb.
Görüşdə, həmçinin qeyd olunan istiqamətlər üzrə iki qurum arasında əməkdaşlığın təcrübə və məlumat mübadiləsi baxımından genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]