AMEA Naxçıvan Bölməsində vakant vəzifələri tutmaq üçün seçkilər keçirilib
Naxçıvan, 1 oktyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin ümumi yığıncağı keçirilib.
Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev qurumun Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar və Təbii Ehtiyatlar institutlarının şöbə və laboratoriyalarına aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün müsabiqə elanı barədə məlumat verib. O, elan üzrə müsabiqəyə 1 elmlər, 12 fəlsəfə doktorunun müraciət etdiyini bildirib.
Daha sonra seçkilərin keçirilməsi üçün hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli seçilib.
Sonra gizli səsvermə yolu ilə seçilən əməkdaşlar Rəyasət Heyətinin qərarı ilə təsdiq olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]