AMEA Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq onlayn konfransda iştirak edib
Naxçıvan, 29 oktyabr, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov İran İslam Respublikasının Təbriz Universitetində keçirilən “Şəhriyar Elm və Mədəniyyət” beynəlxalq konfransında iştirak edib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Azərbaycan, Türkiyə və Gürcüstan ədəbiyyatşünaslarının “Zoom” proqramı ilə qatıldığı beynəlxalq tədbirdə Fərman Xəlilov “Ustad Məhəmmədhüseyn Şəhriyarın Mirzə Əli Möcüz Şəbüstərinin ədəbi isinə münasibəti” adlı məruzəsi dinlənilib. Alim tədqiqat materialları əsasında görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın Möcüzün ədəbi irsi ilə necə tanış olmasından söz açıb, onun Möcüz yaradıcılığına verdiyi yüksək qiymətdən danışıb. O, Möcüzün ədəbi ənənələrinə bağlılığının bəzi məqamlarını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]