AMEA Neft-Kimya Prosesləri İnstitutunun binası yenidən dezinfeksiya olunub
Bakı, 22 iyun, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) növbəti dezinfeksiya işləri aparılıb. NKPİ-dən AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin iş otaqları, laboratoriya və saxlancları dezinfeksiya olunub.
İnstitutda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi riayət olunur. NKPİ-nin kollektivi sosial məsafəyə diqqət edir, qoruyucu tibbi maska və dezinfeksiya vasitələrindən istifadə edir.