Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın elmi-tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsinin yaradılmasına həsr olunmuş müşavirə keçirilib

Bakı, 3 aprel, AZƏRTAC

Aprelin 3-də Mərkəzi Elmi Kitabxananın “Şuşa” zalında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsinin yaradılmasına həsr olunmuş müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirəni giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli hazırda ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü qeyd edib. Akademik İsa Həbibbəyli AMEA-nın dünya elmi ilə rəqabət apara biləcək səviyyəyə gəlib çatması və dünya elmində öz layiqli yerini tuta bilməsi üçün “Elektron Akademiya”nın yaradılmasının zəruri məsələlərdən olduğunu vurğulayıb.

AMEA rəhbəri bu istiqamətdə mühüm addımların atıldığını bildirərək Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi və IV Sənaye İnqilabının çağırışlarının həyata keçirilməsi istiqamətində cəmiyyətin müxtəlif sahələrində, o cümlədən elmi sferada görülən işlərdən bəhs edib. Bildirib ki, dövlət başçısının müvafiq sərəncamları elm sahəsində də elektron vasitələrdən istifadəni müasir tələblər səviyyəsində qurmağı bir vəzifə kimi qarşıya qoyub.

“Yenilənən Akademiyanın yaradılmasının yeganə yolu elektron xidmətlər şəbəkəsinin qurulması, onun işlək vəziyyətə gətirilməsi və daim təkmilləşdirilməsidir”, - deyən akademik İsa Həbibbəyli bu istiqamətdə bir neçə mərhələ üzrə fəaliyyət planlarının nəzərdə tutulduğunu qeyd edib. Natiq bu istiqamətdə ilk mərhələ olan “Elektron Akademiya” şöbəsinin yaradıldığını, AMEA-nın elmi bölmələri üzrə rəqəmsal inkişaf, süni intellektlə əlaqədar elmi problemlərin aşkara çıxarılması və bu sahənin təşviq edilməsi ilə bağlı tədbirlərin müəyyənləşdirilməsinə dair müvafiq tapşırıqların verildiyini deyib. O, AMEA-da yeni yaradılmış “Elektron Akademiya” şöbəsinin Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən olan elektron idarəetmənin formalaşdırılması, rəqəmsal transformasiyalar, yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi istiqamətində fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli Akademiyada elektron resurslar sisteminin təkmilləşdirilməsi və modernləşdirilməsi, AMEA-nın beynəlxalq qurumlarda təmsilçilik məsələlərinə diqqətin artırılması, çap olunan jurnalların veb-saytlarının yaradılması, “Elektron Kitabxana” xidmətinin tam şəkildə qurulması və s. məsələlərin əhəmiyyətini qeyd edib. Alim bu istiqamətdə mütəmadi olaraq monitorinqlərin aparılmasının və müşavirələrin keçirilməsinin zəruriliyinə də toxunub.

AMEA-da Vikipediya ilə bağlı fəaliyyətin Mərkəzi Elmi Kitabxana tərəfindən həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, Akademiya üzrə sözügedən Vikipediya qrupunun ətrafında elmi müəssisələrdə də qrupların yaradılması və fəaliyyətinin əlaqələndirilməsi, təkmilləşdirilməsi qarşıdakı hədəflərdəndir. Vikipediya fəaliyyətinin Akademiyanın elektron hərəkatının əsas istiqamətverici hissələrindən biri olduğunu vurğulayan AMEA rəhbəri dünya vikipediyaları sırasında Azərbaycanın orta yerlərdə qərarlaşdığını söyləyib, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və ideoloji mübarizədə elektron ensiklopediyanın əhəmiyyətinə toxunub.

Alim, həmçinin “Google Scholar”da AMEA əməkdaşlarının az qisminin iştirak etdiyinə diqqət çəkərək bu istiqamətdə fəaliyyətin institutların rəhbərliyinin təşviqi ilə genişləndirilməsinin, AMEA-nın bütün əməkdaşların “Google Scholar” və digər elmi sosial şəbəkələrdə hesablarının yaradılmasının önəmini qeyd edib.

Çıxışının sonunda AMEA prezidenti elmi müəssisələrdə elektron xidmətlərin günün tələbləri səviyyəsində qurulması üçün institut və təşkilatların rəhbərlərini bu istiqamətdə yaxından iştirak edərək dəstək verməyə çağırıb.

Tədbirdə “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranov “Elektron Akademiya” şöbəsinin fəaliyyət proqramı və AMEA-nın elmi-tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsinin yaradılması” mövzusunda çıxış edib. O, Akademiyanın elmi müəssisələrinin saytları, elmi nəşrləri, sosial şəbəkələrdəki, eləcə də “Google Scholar” və digər beynəlxalq elmmetrik bazalardakı fəaliyyətinə dair monitorinqin ilkin nəticələrini təqdim edib. Fariz İmranov AMEA-da elektron xidmətlər şəbəkəsi ilə bağlı mövcud problemlərə toxunaraq təkliflərini səsləndirib və iştirakçıların suallarını cavablandırıb.

“Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk isə “Vikipediya virtual ensiklopediyasında AMEA əməkdaşlarının fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında Vikipediya qruplarının yaradılması ilə bağlı fəaliyyətin davam etdirildiyini söyləyib. Qeyd edib ki, Nizami Gəncəvi adına Ədəbiyyat və Məhəmməd Füzuli adına Əlyazmalar institutlarının əməkdaşlarına Mərkəzi Elmi Kitabxanada Vikipediya təlimləri keçirilir və həmin qruplar yeni məqalələrin yaradılmasını və əsaslı redaktəsini həyata keçirəcəklər: “Ümumilikdə Akademiyanın hər bir elmi müəssisəsinin bu elektron ensiklopediyada həyata keçirdiyi tədbirlər ölkədə Vikipediya fəaliyyətinin genişlənməsinə səbəb olacaq”.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev ölkə başçısının Azərbaycanda informasiya cəmiyyətinin yaranması və inkişafı ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzaladığını, müvafiq dövlət orqanları, eləcə də alim və mütəxəssislər qarşısına bu istiqamətdə konkret tapşırıqlar qoyduğunu söyləyib. O, son illər dünyanın qlobal çağırışları, rəqəmsallaşma və elektron xidmətlərdən istifadənin sürətlə genişləndiyi bir dövrdə Azərbaycanda da bu sahədə adekvat tədbirlərin görülməsinin, dünya elminin tələblərinə cavab verən multidisiplinar tədqiqatların aparılmasının zəruriliyini vurğulayıb. Akademik Rasim Əliquliyev AMEA-nın elmi-tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsinin yaradılmasının təqdirəlayiq hal olduğunu qeyd edərək, bu istiqamətdə lazımi dəstəyi göstərməyə hər zaman hazır olduğunu bildirib, məsul şəxsləri qarşıya qoyulan vəzifələrin icrası prosesində fəal iştirak etməyə, birgə fəaliyyət göstərməyə çağırıb.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva isə çıxışında rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunda elektron elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Tədbirdə çıxış edən Qafqazşünaslıq İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı elmi nailiyyətlərin dünyaya çıxarılmasında elmi jurnalların rolunu qeyd edib, “Academy edu”, “Google Scholar” kimi bazalarda fərdi profillərin açılmasının əhəmiyyətini vurğulayıb və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin hər bir əməkdaşdan asılı olduğunu söyləyib.

Müşavirədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Günel Orucova, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri Ləman Hüseynova və başqaları da çıxış edərək təmsil etdikləri elmi müəssisələrin elektron fəaliyyətləri barədə məlumat veriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir