AMEA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, ən elmi müəssisə və təşkilatların nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Elmi ictimaiyyətin nümayəndələri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla anıblar.