Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın Rəyasət Heyətində iclas keçirilmişdir

Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası olmuşdur.

AZƏRTAC xəbər verir ki, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə acaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış etmiş, ilk olaraq “Radiasion katalitik proseslərdə səthi səviyyələrin enerji daşınma proseslərinə təsiri və nanokatalizatorların perspektivləri” adlı məruzənin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Radiasiya Problemləri İnstitutunda enerji tutumlu kimyəvi prosesləri həyata keçirmək üçün ionlaşdırıcı şüaların enerjisinin istifadəsi istiqamətində böyük elmi və praktiki əhəmiyyət kəsb edən yeni nəticələr alınmışdır.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov sözügedən nəticələr barədə məruzə ilə çıxış etmişdir. Vurğulamışdır ki, son illərdə atom-hidrogen energetikası istiqamətində böyük əhəmiyyət kəsb edən sudan universal enerji daşıyıcısı olan hidrogenin radiasiya-katalitik üsulla alınması proseslərində nano ölçülü katalizatorlar istifadə etdikdə klassik ölçülü katalizatorlara nisbətən reaksiyanın sürəti və hidrogenin energetik çıxımının 10-15 dəfə artması faktı aşkar edilmişdir. Alınmış nəticələr nanotexnologiyalar və nanomaterialların müxtəlif sahələrdə tətbiqinin elmi əsaslarının işlənməsində istifadə oluna bilər. Məruzə bəyənilmiş, nəticənin digər kimyəvi, fiziki və bioloji proseslərdə sınaqdan çıxarılması və bu sahədə nano sistemlərin geniş tətbiqi məqsədi ilə elmi tədqiqat işlərini genişləndirmək qərara alınmışdır.

Müzakirəyə təqdim olunan növbəti məsələ AMEA-nın elmi təşkilat və müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi haqqında olmuşdur. Milli Məclisin deputatı, Kibernetika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor Asəf Hacıyev çıxış edərək qeyd etmişdir ki, elmi-tədqiqat qurumlarının əldə etdiyi nailiyyətlər, Azərbaycan elminin dünya elmində rolunu və əhəmiyyətini əks etdirən göstəricilər müvafiq komissiyanın iclasında müzakirə olunmuşdur. Rəyasət Heyəti qərara almışdır ki, qiymətləndirmə istiqamətində işlər davam etdirilsin, elmi tədqiqatların nəticələri barədə impaktfaktorlu jurnallarda məqalələrin çap olunmasına və aparıcı beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilsin.

Sonra AMEA-nın akademik katibi, müxbir üzvü Rasim Əliquliyev 2013-cü ildə AMEA üzrə doktorantura və dissertanturaya qəbul planı haqqında danışmışdır. Qeyd etmişdir ki, Akademiyada doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 205 yer ayrılmışdır. Onlardan 126-sı əyani, 79-u qiyabidir. Elmlər doktoru hazırlığı üzrə isə 72 qiyabi yer nəzərdə tutulur. Büdcə hesabına dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 və elmlər doktoru hazırlığı üzrə 115 yer müəyyən olunmuşdur.

Bildirilmişdir ki, müzakirədən sonra noyabrın 25-dək doktoranturaya qəbul haqqında elan dərc olunacaq, dekabr ayının 20-dək sənədlərin qəbulu aparılacaqdır. Dekabrın 25-dən isə qəbul imtahanları başlayacaqdır.

Rəyasət Heyətinin növbəti qərarı ilə AMEA 8 gənc alimin namizədliyini “Gənclər üçün Prezident Mükafatı”na irəli sürəcəkdir. Namizədlər AMEA-nın Riyaziyyat və Mexanika, Fizika, Geologiya, Botanika və Ədəbiyyat institutlarının, həmçinin Azərbaycan Tibb Universitetinin elmi nəticələri ilə fərqlənən gəncləridir.

İclasda Akademiyanın 70 illik yubileyinə hazırlıqla bağlı tədbirlər planı da müzakirə olunmuşdur. Akademik Akif Əlizadə çıxış edərək bildirmişdir ki, 70 illiyin təntənəli qeyd olunması üçün dövlət qarşısında vəsatət qaldırılacaqdır. Elmi kadr hazırlığı üzrə dövlət proqramının qəbul edilməsi, Akademiyanın nəzdində universitet və gənc istedadlar liseyinin yaradılması, innovasiya xarakterli elmi-tədqiqatlar üçün texnoparkın tikintisi, “Alimlər şəhərciyi” şəhərciyinin salınması və digər məsələlər tədbirlər planında öz əksini tapmışdır. Əlavə edilmişdir ki, 2015-ci ilin respublikada “Elm ili” elan olunması və Bakının küçələrindən birinə “Elmlər Akademiyası” adının verilməsi barədə də ölkə rəhbərliyinə müraciət ediləcəkdir.

R.Əliquliyev Azərbaycan alimlərinin I qurultayının keçirilməsi üzrə tədbirlər planından da danışaraq bildirmişdir ki, dəvətli qonaqlarla ölkədə elmin mühüm problemlərinə dair dialoqların aparılması və digər məsələlər nəzərdə tutulur. Həmçinin, qurultayın internet saytının hazırlanması, “Azərbaycan alimləri” adlı bələdçi kitabın nəşr edilməsi, AMEA alimlərinin nailiyyətlərinə həsr olunmuş sərginin keçirilməsi də planlaşdırılır.

Digər qərarla Rəyasət Heyəti Mərkəzi aparatının Hüquqi təminat şöbəsinin hüquq və vəzifələri genişləndirilmişdir. Bütün Akademiya miqyasında Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktların icra olunmasına nəzarət, həmçinin elmi işçilərin, alim və mütəxəssislərin müəlliflik hüquqlarının pozulması faktları ilə bağlı qanuna uyğun araşdırmalar aparmaq bu şöbəyə həvalə olunmuşdur.

Tədbirdə “Aqrar və ekologiya elmləri” jurnalının təsis edilməsi haqqında qərar qəbul edilmişdir. Jurnalın çapında məqsəd aqrar və ekologiya elmlərində aparılan tədqiqatların nəzəri, praktiki və texniki nəticələrinin elmi ictimaiyyətə çatdırılmasıdır. Nəşr Azərbaycan, rus və ingilis dillərində olacaqdır.

İclasda 2013-cü ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar və 2014-cü ildə aparılacaq elmi tədqiqat işləri üzrə planların hazırlanması da müzakirə olunmuşdur. Fizika İnstitutunun direktoru, fizika üzrə elmlər doktoru Nazim Məmmədovun, Geologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Arif Quliyevin yubileyləri ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşlar.

Tədbir kadr məsələlərinin müzakirəsi ilə tamamlanmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Müəllimlərin tədris prosesinə vahid geyim formasında cəlb olunmasının müsbət təsirləri çoxdur

Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb

Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib

Nazir: Sukuklardan yalnız müsəlman ölkələri deyil, qeyri-müsəlman dövlətlər də geniş istifadə edir

Hadi Əl-Yami: Dövlətlər süni intellekt üzrə milli fəaliyyət planları hazırlamağa təşviq edilməlidir

Ağasəlim Mircavadov: Azərbaycan klublarının avrokuboklardakı rəqiblərini zəif hesab etmək olmaz

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Astanada ölkəmizin səfirliyini ziyarət edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il 23 fevral tarixli 20/01-002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin QƏRARI

Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq

Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib

Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans

Litva hökuməti iyunun 23-də istefa verəcək

BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın nəqliyyat və aviasiya sahələrindəki təcrübəsindən danışılıb

Malayziya Mərkəzi Bankı: Hazırda qlobal dövriyyədə olan sukukların həcmi 1 trilyon dolları ötür

Xamis Seyranov: Kadr hazırlığı və texnoloji yenilənmə metrologiyanın gələcəyini formalaşdırır

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək

Özbəkistan üçün tarixi məqam

UNEC dünyanın ən yaxşı 634-cü universitetidir

Milli Kitabxanada İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açılıb

Beş ayda ölkədə istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb

İşğal dövründə Azərbaycan ərazilərində qəbiristanlıqlar vandalizmə məruz qalıb

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 5 faizdən çox artıb

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO

Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO

Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib

Qəbul imtahanında 400 bal toplayan abituriyent: Dərslərimə hər zaman ciddi yanaşmışam

Amina Buayaş: Süni intellektin nəzarətsiz istifadəsi fundamental hüquqları təhlükə altına salır

Fransa hökuməti yüksəkvəzifəli məmurlar üçün məcburi narkotik testləri tətbiq edəcək

Elbrus İsayev: Qərbi Azərbaycan minilliklər boyunca formalaşmış tariximizin, mədəniyyətimizin və mənəvi köklərimizin ayrılmaz hissəsidir

Nigerin paytaxtında hava limanı ərazisində partlayış və atışma səsləri eşidilib

Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır

XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO

XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO

Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub

İƏT Komissiyasının direktoru: Süni intellektə yalnız risk mənbəyi kimi baxmaq olmaz

Moskvaya dron hücumları nəticəsində aeroportların işində problemlər yaranıb

Bu saata olan əsas xəbərlər

Əl-Casir: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik

AzMİU ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan simfonik musiqisinin banilərindən biri – Cövdət Hacıyev

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

Hadi Əl-Yami Azərbaycanın rəqəmsal transformasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib

Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur

“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO

“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO

Bu ilin beş ayında əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib

Musa Qasımlı: Azərbaycan təhlükəsizlik və insan hüquqları sahəsində nümunə göstərir

Əli Əhmədov: Təhsil, elm və səhiyyə sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı məzmunu və dinamik inkişafı ilə fərqlənir

III ixtisas qrupunda ən yüksək nəticəni göstərən Zeynəb Quliyeva: Hüquqşünas olmağı planlaşdırıram

İkinci rübdə neft daşınmalarının 4,8 faiz azalması gözlənilir

Elm və təhsil naziri: Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib

Konstitusiya Məhkəməsinin sədri: Gələcəyin hüquq sistemi insan mərkəzli inkişaf konsepsiyası üzərində qurulmalıdır

Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb

Fərhad Abdullayev: Süni intellekt məhkəmə sistemində böyük imkanlar yaradır

Bu il qlobal neft tələbatının gündəlik 103,2 milyon barelə enəcəyi gözlənilir

Əli Əhmədov: Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi qanunvericilik fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edir

Konstitusiya Məhkəməsinin sədri: Süni intellekt hüquqi dövlət prinsipləri kontekstində qiymətləndirilməlidir

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz artıb

BDU QS reytinqində 565-ci yerə yüksəlib

Bu ilin 5 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 6,3 faiz artım qeydə alınıb

Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Pakistan daha 485 nəfər əfqan məhbusu azad edib

AQTA: Ölkəmizdə təkdırnaqlı heyvanlar arasında epizootoloji vəziyyət sabitdir

Azərbaycan Ombudsmanı süni intellektin insan hüquqlarına təsirini araşdırır

Səlahiyyətli nümayəndə: Festival-konqres Qərbi Azərbaycanın zəngin irsinin yaşadılmasına və təbliğinə mühüm töhfə verəcək

Rusiya Federasiya Şurası sədrinin birinci müavini humanitar əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi rolunu vurğulayıb

Laçında işəgötürənlər və işçilər əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır VİDEO

Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır VİDEO

Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

ADNSU QS dünya universitetləri reytinqində irəliləyərək 711-ci yerə yüksəlib

Ötən ay qeyri-OPEC+ üzrə neft tədarükü sutkada 58,5 milyon barelə çatıb

DİN: Axtarışda olan 148 nəfər saxlanılıb

Ombudsman: Azərbaycanda süni intellektin tətbiqi insan hüquqlarına əsaslanan prinsiplər üzərində qurulur

® Mərkəzi Gömrük Hospitalının transplantoloqu “Tərəqqi” medalı ilə təltif olunub

Andrey Yatskin: Rusiya və Azərbaycan liderləri ikitərəfli əməkdaşlığın strateji vektorunu müəyyənləşdirirlər

Azərbaycandan nəql olunan qazın 54 faizi Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb

Quş qripi Avstraliyada dəniz fili balalarının 76 faizinin ölümünə səbəb olub

Akustik kriminalistikanın elmi problemlərinə dair tədqiqat aparılır

Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciəti strateji baxışın konseptual təqdimatıdır - ŞƏRH

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Mayda qlobal neft tədarükü gündəlik 94,47 milyon barelədək geriləyib

Andrey Yatskin: Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlığı müntəzəm və sistemli əsasda inkişaf edir

Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib

Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib

II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyent: ADA Universitetində təhsil almaq istəyirəm

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Prezident: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir

Ülvi İsgəndərov: Bakı klublarından təkliflər var idi, amma “Araz-Naxçıvan” mənim üçün doğmalaşıb - MÜSAHİBƏ

Əli Əhmədov: Parlamentlərarası Komissiya Azərbaycan-Rusiya dialoqunun inkişafında mühüm platformadır

Yaponiyada dağlarda köməksiz qalan xarici turistlərin sayı rekord həddə çatıb

Çində daşqınlarla əlaqədar 40 minə yaxın sakin təxliyə olunub

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir VİDEO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib

“Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına

AzMİU dünyanın ən yaxşı 1000 universiteti sırasında yer alıb

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirib YENİLƏNİB VİDEO

Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirib YENİLƏNİB VİDEO

Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının III mərhələsində iştirak edəcəklər

Kürmük çayında sel təhlükəsi - Qaxda sel daşqınlarına qarşı tədbirlər gücləndirilib VİDEO

Kürmük çayında sel təhlükəsi - Qaxda sel daşqınlarına qarşı tədbirlər gücləndirilib VİDEO

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB

Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub

Fransada qaradərili gənclərin hədəfə alındığı iddia edilir